“Meymunçiçəyi virusu səbəbindən bəzi hallarda ölüm halları müşahidə oluna bilər”.
Bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
O bildirib ki, bu, daha çox dəri səthindəki səpkilərə ikincili bakteriyalar qoşulan zaman baş verə bilər:
“Həmçinin xəstəliyi çox ağır keçirənlər arasında ola bilər. Amma ölüm ehtimalı kifayət qədər azdır”.
Şöbə müdiri deyib ki, bu virusun yayılmış iki alt tipi var:
“Qərbi və Mərkəzi Afrika tipləri. Bunlardan birinin öldürücülüyü heç bir faiz olmadığı halda, digərində 6-11 faiz təşkil edir”.