Qaxa taxıl biçməyə gələn kombaynçı ağır bədən xəsarətləri alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 12-si axşam saatlarında rayonun Ağyezli kəndində baş verib. Ağcabədidən sözügedən taxıl biçmək üçün iritonnajlı yük maşını ilə gətirilən kombaynı maşının qoşqusundan düşürən zaman kombaynçı, Ağcabədi rayon sakini 1965-ci il təvəllüdlü Murad Şirin oğlu Əhmədov kombaynın üstündən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
M. Əhmədov Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Hokm.az