Bakıda tarixi binanın üzərində tikilən mansard sökülür.
Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda binanın yerləşdiyi Nəsimi rayonu, 28 May küçəsindədirlər.
Qeyd edək ki, sözügedən mansard 2008-ci ildə tikilib. Vətəndaşların müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu gün sökülməsi ilə bağlı qərar verilib.
Xatırladaq ki, ötən gün bununla bağlı “Qafqazinfo”da xəbər verilmişdi. Memar Elçin Əliyev bildirmişdi ki, 1908-ci ildə tikilən bu bina Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.
***
Bakı Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, qurum dünən mediada və sosial şəbəkələrdə yayılan məlumatlara operativ reaksiya verib və BŞİH strukturları tərəfindən yerində söküntü aparılır: “Məsələ ilə bağlı İcra Hakimiyyətində komissiya yaradılıb və tikintiyə məsuliyyət daşıyan bütün şəxslər müəyyən ediləcək”.