Tanınmış jurnalist infarkt keçirdibackend

Tanınmış jurnalist infarkt keçirdi

Ötən gün səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən tanınmış jurnalist, yazıçı Azər Qismətin (Məmmədov) son vəziyyəti açıqlanıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva “Report”a bildirib ki, 49 yaşlı jurnalist ürəyindən əməliyyat olunub.

“Azər Qismət özünü narahat hiss etdiyindən Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. O, ürəyindən əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır. Yaxın günlərdə xəstəxanadan evə buraxılacaq”, – N.Rəfiyeva deyib.

  •  (0)
  •  (0)