Tanınmış azərbaycanlı iş adamı niyə Rusiyada qazamatda saxlanılır?backend

Tanınmış azərbaycanlı iş adamı niyə Rusiyada qazamatda saxlanılır?

Sosialimizin süqutu və kapitalizmə keçidlə başlayan “ticarət karvanı” ötən əsrin 90-cı illərinin əvvəllərindən milyonlarla soydaşımızın Rusiyaya köçüşünü şərtləndirdi. Sonradan onların bir hissəsi geri qayıtsa da, bu gün də Rusiyada yaşayanlar, ticarətlə məşğul olan soydaşlarımızın sayı az deyil. Onlardan bəziləri isə sonradan nüfuzlu iş adamlarına çevrildilər.

Belə soydaşlarımızdan biri də Rusiyanın Krosnayarski diyarının Norilsk şəhərində yaşayan Şirvan Haxıyevdır. Haxıyev Masallı rayonunun Qəriblər inzibati dairəsinin Dəmbəlov kəndində anadan olub. Bu soyuq sibir diyarında 30-a yaxın supermarketlər şəbəkəsinə və bir mini-zavoda sahib olan həmyerlimiz Azərbaycanda da böyük xeyriyyə aksiyaları təşkil edib. Onun rəhbərlik etdiyi müəssisələrdə çalışan azərbaycanlıların sayı isə yüzlərlədir.

Ş. Haxıyev “Okean”,  “Zelyonaya liniya”, “Siti”, “Vostok” kimi ticərət mərkəzlərinin, “Çayxona”, “Kebab Klab”, “Karls Cunior” restoranlar şəbəkəsinin də sahibidir. Onun sahibi olduğu “Nordstroy” və  “Norilskstroy” tikinti şirkətləri adıgedən şəhərdə yaşayış binalarının inşasıyla məşğul olub. Biznesmenə məxsus “Pivprom”,  “Pinta”, “Proviant” şirkətləri də Krasnoyarsk diyarında mühüm biznes qurumlarındandır.

44 günlük vətən müharibəsi dövründə orduya yüz min manatlarla yardım, Qəriblər məscidinin əsaslı təmiri, kənddə Mərasim Evinin inşası, kənddə 300 metrə yaxın kəndarası yola asfalt döşənməsi, koronavirus pandemiyasının kəskin dövrlərində kənd sakinlərinə ərzaq yardımlarının paylanması onun həyata keçirdiyi xeyriyyə aksiyalarının yalnız bir qismidir. O, rayondan olan gənclərin təhsilinə də xüsusi diqqət ayırır.

Rusiyanın hüquq-mühafizə orqanları 2021-ci ilin mayında atasının 40 mərasiminə gəlməyə hazırlaşan Şirvan Haxıyevi həbs edirlər və həbsin motivləri də məlum olmur. Sonradan isə onun barəsində uzunmüddətlik həbs qərarı çıxarılır və bu gün də dəmir barmaqlıqlar arasındadır. Rusiyada yaşayan azərbaycanlılara qarşı hücumların əsas komponentlərindən biri də işgüzar və xeyriyyəçi soydaşlarımıza qarşı mübarizənin təşkilidir. Belə olmasaydı əgər, Şirxan Haxıyev səbəbsiz və əsassız yerə uzun müddət həbsdə saxlamazdılar.

// Azər Niftiyev, APress.az

  •  (0)
  •  (0)