Ötən gün millət vəkili Tahir Kərimli oyuncaq əjdaha ilə video çəkib.
Hokm.az xəbər verir ki, deputat təqdim etdiyi görüntülərdə onu ölümlə hədələyənlərə səslənib. Sosial media və sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə yol açıb.
Maraqlıdır, deputatı ölümlə hədələyən kimdir? Millət vəkilinin bu müraciəti kimə ünvanlanıb?
Suallara cavab tapmaq məqsədilə Sfera.az əməkdaşı Tahir Kərimliyə məxsus olan hər iki mobil nömrəyə zəng vursa da, deputatla əlaqə yaratmaq mümkün olmayıb. Deputat telefonunu söndürüb.