Rusiyalı jurnalist, “War Gonzo” layihəsinin rəhbəri Semyon Peqov Şuşa uğrunda döyüşlərin son dəqiqələrini paylaşıb.
Hokm.az Modern.az-a istinadən xəbər verir ki, Peqov II Qarabağ Müharibəsi zamanı çəkilən və əvvəllər yayımlanmayan kadrlardan ibarət sənədli film hazırladığını söyləyib.
Dəqiqə yarımlıq videokadrda isə Daşaltı-Şuşa istiqamətində erməni işğalçılarının mövqelərimizi atəşə tutması təsvir olunub.
“Şuşa uğrunda son döyüşlərdən biri… Daşaltı istiqamətinə olduğmuz bu bölükdən çox az adam sağ qalıb. Döyüş iştirakçılarının xatirələrinə əsasən, şəxsi heyətin 60 faizdən çoxu ölüb. Yeni filmimizdə daha çox kadr görə biləcəksiniz”-deyə Peqov yazıb.