Suriyada partlayış: Rusiya hərbçisi öldübackend

Suriyada partlayış: Rusiya hərbçisi öldü

Suriyanın Haseke əyalətində zirehli avtomobilin partladılması nəticəsində Rusiya hərbçisi həlak olub.

Hokm.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, partlayış zamanı daha 3 hərbçi yaralanıb. Yaralılar tibb müəssisəsinə yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

  •  (0)
  •  (0)