Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 118 saylı tam orta məktəbdə Hövsan qəsəbəsinin, 87 saylı tam orta məktəbdə isə Əmircan qəsəbəsinin sakinləri ilə görüşüb.
“Hokm.az” xəbər verir ki, 87 saylı tam orta məktəbdə keçirilən görüşdə Milli Məclisin deputatı Afət Həsənova da iştirak edib.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin əldə etdiyi uğurlardan danışan RİH başçısı Adil Əliyev həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş məmnunluğu amilinin təşkil etdiyini və qəsəbələrdə vətəndaşlarla keçirilən səyyar görüşlərin də məhz bu məqsədə xidmət etdiyini bildirib.
Həmçinin, Milli Məclisin deputatı Afət Həsənova vətəndaş müraciətlərinin həlli istiqamətində görülən işlərlə bağlı çıxışında qeyd edib ki, xüsusi əhəmiyyət daşıyan bir sıra problemlərin müsət həlli məqsədilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında, Milli Məclis və Milli Məclisin Komitə iclaslarında məsələlər qaldırılıb.
Qəbulda iştirak edən sakinlərin problemləri dinlənilib, onları narahat edən məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib.