Bu gün Sumqayıtda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 60 yaşlı Gilə Hüseynova və onun 5 yaşlı nəvəsi Məryəm Muradovanı avtomobil vurub. Xəsarət alan nənə və nəvə dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Azyaşlının vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hokm.az