Sui-qəsd nəticəsində öldürülən Haiti Prezidenti Jovenel Moizin həyat yoldaşı Martine Moiz sağdır.
Hokm.az publika.az-a istinadla xəbər verir.
Məlumata görə, sui-qəsdin qurbanı olan birinci xanım ölməyib. O, əməliyyat və ya müalicə üçün təcili olaraq xüsusi təyyarə ilə Floridaya aparılıb.
Vəziyyətinin necə olması ilə bağlı məlumat verilmir.
Vurğulanır ki, onun ölümü ilə bağlı yayılan erkən xəbərlər dezinformasiya xarakterli ola bilər.