Azov dənizinin sularında balıq və delfinlərin kütləvi ölümü qeydə alınıb. Temperatur və mövsüm nəzərə alınsa, bu vəziyyət suda xəstəliyin əlaməti ola bilər.
Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko öz “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, Azov dənizində balıqların kütləvi ölümü iyulda anomal istilər zamanı tez-tez baş verir, lakin iyunun əvvəli üçün bu vəziyyət xarakterik deyil. Bu baxımdan Andryuşşenko hesab edir ki, dənizdəki vəziyyət, temperatur da nəzərə alınaraq, suda xəstəlik olmasının göstəricisi ola bilər.Oxu.az