15 iyin 2021-ci ildə, Qars müqaviləsinin inzalanmasından 100 il sonra, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Həmin bəyannamə həm qardaşlığın yeni tarixi mərhələsi, həm Azərbaycanla Türkiyə arasında olan qardaşlığı bütün dünyaya bildirən bir mesaj və həm də iki qardaş ölkə arasında tarixi münasibətlərin təkrar bərpası ki8mi dəyərləndirilməlidir.
Hazırda Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirən bir nəsnədir. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırmış və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəyi nəzərdə tutulmuşdur. Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir.
Şuşa Bəyannaməsi sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bu bəyannamə bölgədə inteqrasiya proseslərini stimullaşdırır və əhatəli sülhə yol açır. Şuşa Bəyannaməsi Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.
Həmin Bəyannamə əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq və regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və ətraf ərazilər üçün gözəl turizm imkanları açılacaqdır. Eyni zamanda, Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğuru sayılır. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaqdır.
Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edir və əlaqələri ən yüksək səviyyəyə qaldırır.
əyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamə Azərbaycan ilə Türkiyə arasındakı tarixi münasibətlərə əsaslanır, xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapmışdır. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq vardır. Əməkdaşlıq sayəsində yaranan yeni iqtisadi perspektivlər bizə imkan verir ki, böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan Zəngəzur dəhlizi layihəsini həyata keçirərək, Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılsın. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilmək üzrədir.
Şuşa Bəyannaməsinin strateji əhəmiyyətini qardaş Türkiyə ilə olan hərbi əməkdaşlıqdır. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir və hər iki dövlət bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq və Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.
44 gün davam edən İkinci Qarabağ müharibəsinin başlamasının ilk saatlarından Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi və bildirdi ki, Azərbaycan tək deyildir. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırmaq məcburiyyəti ilə üz-üzə qoydu.
Rüstəmova Aybəniz Vilayət qızı, Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent