Soydaşlarımız Ağ Evin qarşısında aksiya keçiriblər – FOTOLARbackend

Soydaşlarımız Ağ Evin qarşısında aksiya keçiriblər - FOTOLAR

Dekabrın 3-də Vaşinqtonda- Ağ Evin önündə bir Güney və Quzey Azərbaycandan, həmçinin Türkiyədən olan bir qrup soydaşmız Güney Azərbaycana dəstək aksiyası keçiriblər.

Amerikada yaşayan həmvətənimiz Zaur Bayramlının Apress.az-a verdiyi məlumata görə aksiyada özəlliklə son aylarda İranda dinc nümayişçilərə qarşı edilən vəhşiliklər qınanıb, həbs edilən soydaşlarımızın azadlığa buraxılması və bir çox dinc aksiya iştirakçılarının barəsində fars-molla rejimi tərəfindən çıxarılmış ölüm hökmlərinin ləğv edilməsi tələb olunub.

Aksiya iştirakçıları tərəfindən həm Azərbaycan türkcəsində, həm də ingiliscə ” Güney Azərbaycana Azadlıq”, “Rədd olsun diktator Xamaneyi rejimi”, “Azadlıq, Ədalət, Milli Hökümət”, “Güney Azərbaycan İran deyil” kimi şüarlar səsləndirilib, həmçinin dinc nümayişlər zamanı qətlə yetirilən soydaşlarımızın, eyni zamanda həbs edilən bir çox milli fəalların şəkilləri olan plakatlar qaldırılıb”.
Sonda piketin ingiliscə qətnaməsi oxunub.






  •  (3)
  •  (0)