Sosial fobia: Ən çox gənclərdə yaranan bu problemin səbəbləri və riskləribackend

Sosial fobia: Ən çox gənclərdə yaranan bu problemin səbəbləri və riskləri

Sosial fobiya başqaları tərəfindən mənfi dəyərləndirilmə qorxusudur. Bu şəxslər sosial mühitlərdə qınanmaq, biabır olmaq və ya yaşadıqları həyəcan əlamətlərinin başqaları tərəfindən başa düşüləcəyindən mütəmadi olaraq qorxmaqdadırlar. Qorxulan sosial mühitlərdən qaçma davranışı göstərərlər, ya da girmək məcburiyyətində qaldıqlarında ağır təşviş-həyəcan yaşayarlar. Ən önəmli tərəfi isə bu şəxslərin özləri də məntiqli dəyərləndirdiklərində, yaşadıqları təşviş-həyəcanın həddindən çox, absurd və ya mənasız olduğunun fərqində olarlar.

Son vaxtlarda bu mövzuya maraq gedərək artır. Müxtəlif cəmiyyətlərdə psixiatrlar tərəfindən aparılan tədqiqatlarda sosial fobianın gənclərdə fərz edildiyindən daha çox olduğu aşkar olunub. Bu hal gənclərin şəxsi inkişaflarında, karyeralarında qabağa getməkdə və ikili münasibətlərində ciddi çətinliklərə və maneələrə səbəb olur. Çox vaxt bu hal xarakter xüsusiyyəti, utancaqlıq olaraq görüldüyü üçün, psixoloji bir problem ola biləcəyi ağıla gəlmədiyi üçün müalicə axtarışı az olur.

Sosial fobianın xüsusi və ümumi formaları ayırd edilir.

Xüsusi formada bir və ya bir neçə sosial mühitdən çəkinilərək uzaq durulur. Ümumi formasında isə pasientlər insanlar arası ünsiyyətin lazım olduğu və başqaları tərəfindən baxıldığını fikirləşdikləri demək olar ki, bütün mühitlərdən çəkinərlər.

Başqa insanların önündə danışmaqdan (mühazirə, iclas, sunum, party, ad günü, toy və s.) qorxma sosial fobiyası olanların 90%-də görülür.
Müasir dünyada, bır qrup qabağında danışmaq hər təhsil sistemində var. Bu artıq bir məcburiyyətdir və çox vaxt da, həyəcana səbəb olan bir situasiyadır. Normal populyasiyanın 15-30 %-nin insanların qabağında danışmaqdan qorxduğunu və çəkindiyi təxmin edilir.
Sosial fobianın yaranması və davam etməsi üçün risk amilləri bunlardır:
Aşağı sosial iqtisadi sinifdən olmaq
Heç evlənməmiş olmaq
Aşağı təhsil səviyyəsi
Xəstəliyin başladığı yeniyetməlik dönəmində ailə və mühit dəstəyinin az olması
Psixoloji travma
Genetik meyillilik

Ailədəki diyər fərdlərdə sosial fobia olanların uşaqlarında erkən diaqnoz qoyulması və xüsusi mualicəvi tədbirlərlə erkən simptomların olduğu, ancaq xəstəliyin hələ tam oturmadığı dönəmdə müdaxilə etmək xəstəliyin inkişafının qarşısını ala bilir.
Sosial fobiası olan insanlarda gələcəkdə depresiya, alkaqol və narkotik asılılığı yaranması riski normal populyasiyaya görə yüksəkdir.
Xəstəliyin başlama yaşı aşağı olsa da, çox vaxt yeniyetməliyin son dönəmində başlayaraq universitet illərində özünü aşkar göstərir-sosial fobia universitetdə təhsil alan gənclərdə 23% nisbətində görülür.
Çünki bu dönəmdə yeniyetmə, gənc özünü müstəqil bir şəxsiyyət kimi başqalarına qəbul etdirməyə çalışır. Bu səbəbdən özü haqqında böyük gözləntilər içinə girərək sosial təşvişini artırmış olur. Digər tərəfdən, universitetə girdiyində sosiallaşmanın ən ağır olduğu bir mühitə girir. Bu dönəmdə sosyallaşmadakı uğursuzluq şəxsin özünə güvən duyğusunun inkişafına maneə törədir.

Azər Bağırov-Psixiatr, Uzman həkim

  •  (1)
  •  (0)