Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hokm.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 094 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 75 nəfərdir.
Ölkədə son sutka ərzində 1 150, hazırkı dövrədək isə 6 924 498 test aparılıb.