SON DƏQİQƏ! Ukrayna-Rusiya danışıqlarından ilk RƏSMİ AÇIQLAMA – KRİTİK QƏRARbackend

SON DƏQİQƏ! Ukrayna-Rusiya danışıqlarından ilk RƏSMİ AÇIQLAMA – KRİTİK QƏRAR

Belarus-Ukrayna sərhədində Kiyev-Moskva görüşü Bakı vaxtilə 14:00-da başlayıb.

Teleqraf.com-un xəbərinə görə, Rusiya-Ukrayna görüşündən əvvəl açıqlamalar verilib.

Ukrayna ilə danışıqlarda iştirak edən Rusiyanın nümayəndə heyətinin üzvü bildirib ki, əldə ediləcək razılaşma hər iki tərəfin maraqlarına uyğun olmalıdır. O, Rusiyanın Ukrayna ilə tez bir zamanda razılaşmaq istədiyini vurğulayıb.

Zelenskinin ofisindən verilən açıqlamada danışıqlarda əsas məqsədin atəşkəsə nail olmaq və rus qoşunlarını çıxarmaq olduğu vurğulanıb.

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna və Rusiya nümayəndə heyətlərinin Belarusda danışıqlar zamanı tələb və mövqelərini ictimaiyyətə açıqlamayacağını, danışıqların qapalı olacağını bildirib.

Danışıqların dünən başlamamasından təəssüfləndiklərini deyən Peskov qeyd edib: “Bilirsiniz ki, bizim heyət orada çoxdan gözləyirdi. Danışıqlar Belarusda gecə də başlaya bilərdi. Ancaq Ukrayna indi danışıqlar masasına oturub”.

Peskov Ukrayna və Rusiya tərəflərinin danışıqlar prosesi ilə bağlı heç bir məlumatı açıqlamayacağını vurğulayıb: “Rusiya və Ukrayna nümayəndə heyəti danışıqlarla bağlı tələb və mövqelərini açıqlamayacaq. Danışıqlar qapalı davam edəcək”.

  •  (7)
  •  (12)