Türkiyənin İzmir vilayətində “KT-1” tipli hərbi təyyarə qəzaya uğrayıb.
Hokm.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, təlim məqsədi ilə havaya qalxan təyyarə Foça rayonu sahillərinə dənizə düşüb.Təyyarədə olan hər iki pilot xilas edilib.
Qeyd edək ki, iki gün əvvəl təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 1 pilot şəhid olub.