SON DƏQİQƏ: Rusiyada DƏHŞƏTLİ HADİSƏ: Sərnişin təyyarəsi dənizə düşdübackend

SON DƏQİQƏ: Rusiyada DƏHŞƏTLİ HADİSƏ: Sərnişin təyyarəsi dənizə düşdü

Rusiyanın Kamçatka bölgəsində “An-26” sərnişin təyyarəsi radardan itib.

Hokm.az metbuat.az-a istinadən xəbər verir ki, təyyarənin dənizə düşdüyü güman edilir. Məlumata görə, “Kamatsk” hava yollarına məxsus təyyarənin göyərtəsində 22 sərnişin və 6 heyət üzvü olub. Petropavlovsk-Kamçatka marşrutu üzrə uçan laynerin eniş zamanı radardan itdiyi deyilir.

Təyyarə radardan itmədən əvvəl pilotlar xəbərdarlıq etməyib. Hazırda axtarış işləri davam edir. Layner 1982-ci ildə istifadəyə verilib.

  •  (1)
  •  (0)