SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydıbackend

SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 255 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hokm.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 338 438 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 294 nəfər müalicə olunaraq sağalıb, 4992 nəfər vəfat edib. 2152 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 319, bu günə qədər isə ümumilikdə 3 914 819 test icra olunub.

  •  (0)
  •  (0)