Ümumdünya Səhiyyə Təşkilatı dünyada koronavirusun yeni hibrid “deltakron” ştammının aşkarlandığını bildirib.
Hokm.az azxeber.com-a istinadən xəbər verir ki, yeni ştamm Avropada aşkarlanıb.
ÜST-ün rəsmisi Mariya Van Kerkxovenin dediyinə görə, Hollandiya, Belçika və Fransada koronavirusun bu ştammına yoluxan insanlar var.
Van Kerxovenin sözlərinə görə, koronavirusun yeni ştammı koronavirusun ən çox yayılmış iki alt növünü – “delta” AY.4 və “omikron” BA.1/BA.2 ştammlarını birləşdirərək yaranıb.