Erməni hakerləri Teleqraf Media Qrupuna aid Publika.az xəbər portalına hücum edib.
Hokm.az xəbər verir ki, saytın admin-panelini sındıran erməni hakerlər bütün xəbərlərə öz bayraqlarını yerləşdiriblər.
Qısa müddətdə texniki heyət paneli geri qaytarıb və Publika.az-a girişi dayandırıb.
Profilaktik yoxlamalardan sonra sayt fəaliyyətini bərpa edəcək.