SON DƏQİQƏ: Bakıda iki sərnişin avtobusu TOQQUŞDU – Çox sayda xəsarət alan varbackend

SON DƏQİQƏ: Bakıda iki sərnişin avtobusu TOQQUŞDU – Çox sayda xəsarət alan var

Bakıda iki avtobus toqquşub.

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Xəbərə görə, daşıyıcı Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 106 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan (99 RS 657 Dövlət Qeydiyyat Nişanlı) avtobus, “Azland Plaza” MMC-nin müvəqqəti istismarında olan 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusla toqquşub. Nəticədə 7 nəfər sərnişin xəsarət alıb.

Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Hər iki daşıyıcıdan yol nəqliyyat hadisəsi ilə bağlı izahat tələb olunub.

Hokm.az

  •  (0)
  •  (0)