Abşeron rayonunda ticarət mərkəzində yanğın başlayıb.
Hokm.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Publika.az–a bildirilib ki, yanğın rayon ərazisindəki “Riyad” Ticarət Mərkəzindəki mebel dükanının anbarında başlanıb.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.
Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.