Azərbaycan Milli Konservatoriyasında koronavirus pandemiyası ilə əlaqədar əyani dərslər dayandırılıb.
Hokm.az bildirir ki, bu barədə APA-ya Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib.
O, müəllim və tələbələr arasında koronavirus testi pozitiv çıxanların olduğunu deyib.