SON DƏQİQƏ: Armen Sarkisyan istefa verdibackend

SON DƏQİQƏ: Armen Sarkisyan istefa verdi

Ermənistan Prezidenti Armen Sarkisyan istefa vermək qərarına gəlib.

Hokm.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Prezident qeyd edib ki, onun qərarı heç də emosional deyil və müəyyən məntiqdən irəli gəlir. Onun sözlərinə görə, prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və alətləri yoxdur.

“Dövlətimiz üçün milli birliyin lazım olduğu bu çətin mərhələdə prezident institutu dedi-qodu və qəsd nəzəriyyələrinin hədəfinə çevrilməməli, bununla da ictimaiyyətin diqqətini ən mühüm problemlərdən yayındırmalıdır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu gün ölkənin, dərin düşünülmüş, balanslaşdırılmış və mənalı hərəkətlərə hər zamankindən daha çox ehtiyacı var. Əks halda ermənilər tarixdə itmək riski ilə üz-üzə qalırlar.

“Bizim səhv etməyə haqqımız yoxdur”, – Sarkisyan deyib.

Sarkisyan qeyd edib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb ki, prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur. Onun sözlərinə görə, Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil.

O əlavə edib ki, o, konstitusiya islahatlarının aparılmasını təklif edib, bunun mənası qarşılıqlı nəzarət və tarazlıq mexanizmlərinə əsaslanan dövlət sisteminin yaradılmasıdır:

“Mən şadam ki, Konstitusiya islahatları komissiyası yaradılıb və buna görə hökumətə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, sonda konstitusiya dəyişiklikləri baş verəcək. Növbəti prezident və prezident institutu daha balanslı, koordinasiyalı mühitdə işləyə biləcək”.Publika.az

  •  (0)
  •  (0)