Sol qolunuzun yuxarı hissəsindəki çapığın sirrini bilirsinizmi? Bu hamıda olan çapığın ağlınıza belə gəlməyən sirri!
Peyvənd, xəstəlik nəticəsində meydana gələn bütün maddi və mənəvi itkilərin qarşısını alan böyük sağlıq investisiyasıdır. Peyvəndlərin faydalarının klinik çalışmalarla təsdiqlənməsinə baxmayaraq, əllərində heç bir sübut olmadan onların zərərli olmasına dair iddialar ortaya atan qruplar da var. Ancaq bu tibbi və humanitar aksiyaya qarşı çıxanlar bilməlidirlər ki, Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə hər il dünyada 2 milyon uşaq peyvənd vurulmadığı üçün ölür və 3 milyard uşaq isə peyvənd vurulduğu üçün bəzi təhlükəli infeksion xəstəliklərdən qorunmuş olur. Səhiyyə Nazirliyinin peyvənd üzrə proqramında yazılıb:
BCG (vərəmə qarşı peyvənd)- Uşaqlarınızı vərəm xəstəliyinin pis fəsadlarından qoruyur. Əgər bu peyvənd olunmazsa vərəm çöpləri ilə uşaqların yoluxması asanlaşar və ya vərəmə yoluxmuş xəstədə vərəmə bağlı olaraq meningit kimi xəstəliyin çox ağır fəsadı meydana çıxa bilər. Vərəmə qarşı peyvənddən sonra peyvənd yerində normal reaksiya baş verir: vurulduğunun 4-cü günündə iynə yerində ölçüsü 2-3 mm olan ləkə,1-1,5 aydan sonra həmin yerdə dəri səthindən 5mm-ə qədər qalxan papula, daha sonra kiçik yara əmələ gəlir. Sonra dəri quruyur, qabıq əmələ gəlir, o da düşdükdən sonra isə diametri 5-7mm ölçüdə dartilmış çapıq qalır ki, bu da peyvəndin (BSC) müvəffəqiyyətlə keçməsinin əlamətidir. Peyvənd yerində yara əmələ əldiyi zamanı gigiyena qaydalarına əməl etmək lazımdır: usağı çimizdirərkən həmin yeri sürtməmək, əllə toxunmamaq, həmin sahəni sarımamaq, yod, «zelyonka» (brilyant yaşılı) və s. ilə sürtməmək.
Bu peyvənd bir çox ölkələrdə artıq keçirilmir.