Rusiyanın Sverdlovsk vilayətində yerli fermerlə prokuror müavini Dmitri Dedulya arasında baş verən gərginlik toqquşmaya yol açıb.
Hokm.az Metbuat.az-a istinadən xəbər verir ki, fermer onu döyüb sonra isə avtomobilə bağlayaraq sürüyüb. Hadisə oktyabr ayının 13-də baş versə də, detallar indi üzə çıxıb. Bəzi mənbələr onların qohum olduğunu yazır. Şübhəli saxlanılıb. Araşdırma aparılır.