SOCAR-ın maliyyə işlərini nəzarətdə saxlamağa ehtiyac var – Deputatbackend

SOCAR-ın maliyyə işlərini nəzarətdə saxlamağa ehtiyac var – Deputat

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib və İqtisadiyyat Naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin olunub.

Ölkə başçısı Mikayıl Cabbarova etimad edibsə, deməli nazirdən bu sahədə də böyük gözləntilər var.

Maraqlıdır, Müşahidə Şurası fəaliyyətə başlayandan sonra SOCAR-da nələr dəyişəcək?

Milli Məclisin deputatı Vahid Əhmədovun sözlərinə görə, SOCAR-ın maliyyə işlərini ciddi nəzarətdə saxlamağa ehtiyac var:

“SOCAR Azərbaycanın ən böyük şirkətidir. SOCAR-ın bir sıra dövlətlərdə filialları və çox böyük ixrac potensialı var.

Mən qeyd etmək istəyirəm ki, Müşahidə Şurasının yaradılması çox vacib bir addımdır. SOCAR-la bağlı həm maliyyə, həm də digər məsələləri müəyyən qədər ciddi nəzarətdə saxlamağa ehtiyac var”.

Deputat qeyd edib ki, Müşahidə Şurası SOCAR-da nəzarət mexanizminin gücləndirilməsi üçün yaradılıb:

“SOCAR-la bağlı mətbuatda müəyyən yazılar gedir. Müşahidə Şurası yəqin ki, çox ciddi addımlar atacaq və maliyyə məsələlərini müəyyən qədər düzgün aparılmasını  təmin edəcək.

Mikayıl Cabbarovun Müşahidə Şurasının sədri təyin olunması bir daha onu göstərir ki, cənab Prezident İlham Əliyev bu şirkətə çox önəm verir.

SOCAR-ın maliyyə imkanları çox genişdir. Ona görə də Müşahidə Şurası şirkətdə nəzarət mexanizminin daha da gücləndirilməsi üçün yaradıldı”.modern.az

  •  (0)
  •  (0)