SOCAR-ın işçiləri dəniz ortasında çətin durumdabackend

SOCAR-ın işçiləri dəniz ortasında çətin durumda

SOCAR rəhbərliyinin nəzərinə çatdırıram ki, dəniz platformalarında çalışanlar 19 fevral tarixindən platformada qalıb. SOCAR işçiləri küləkli havada gəmi, qarlı havada helikopterlə təmin edə bilmir.

Hokm.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib. O qeyd edib ki, buna görə SOCAR rəhbərliyinə və sahə üzrə məsul şəxslər barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 310-cu maddəsi tədbiq edilməlidir:

“Nə günahı var işçilərin? Dəniz platformalarından yazırlar ki, fevral ayının 19-dan platformada qalmışıq. İşdən çıxa bilmirik. Əlli dənə bəhanə gətirirlər. Platformadakı işçilər yazır ki, 6 gündür evimizə gedə bilmirik. Xahiş edirlər ki, ictimailəşdirək və bəlkə “Azneft” İB və ya SOCAR görər və yadlarına düşər ki, işçilər qalıb blokda”.

  •  (0)
  •  (0)