Smartfondan təcili silinməli olan proqram açıqlandıbackend

Smartfondan təcili silinməli olan proqram açıqlandı

“iPhone” smartfonlarının istifadəçiləri təcili olaraq “Google Maps” proqramını cihazlarından silməlidirlər.

Hokm.az“Oxu.az”a istinadən xəbər verir ki, bu açıqlama ilə “Forbes” jurnalının jurnalisti Zak Doffman çıxış edib.

O, bildirib ki, “Google” şirkəti tərəfindən toplanan bütün məlumatlar birbaşa telefon sahibinin şəxsiyyəti ilə əlaqəlidir.

“Bütün məlumatlar bir-birinə bağlıdır. Nəticədə bir şəxsin şəxsi profili və tarixçəsi formalaşır”, – deyə o, bildirib.

Doffmanın sözlərinə görə, “Google” şirkəti “Google Maps”in şəxsi məlumatları qorumaq üçün yaradıldığını bildirərək bu gizlilik risklərini azaltmaq üçün əlindən gələni etdiyini açıqlayıb. Xüsusilə, şirkət qeyd edib ki, proqram “incognito” rejiminə malikdir. Məxfilik etiketindəki parametrlərə uyğun olaraq toplanan məlumatlar heç bir xüsusi şəxs və ya hesabla əlaqələndirilmir.

“Ancaq daha sıx məxfilik təmin edən bu rejim, funksionallığı əhəmiyyətli dərəcədə məhdudlaşdırır”, – deyə məqalə müəllifi vurğulayıb.

Jurnalist “iPhone” istifadəçilərinə məşhur “Google” tətbiqinə alternativ olaraq “Apple Maps” quraşdırmağı təklif edib.

  •  (0)
  •  (0)