Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə nəzarətlə bağlı yeni qayda müəyyən edilir.
“Hokm.az” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, kənar dövlət maliyyə nəzarəti obyektlərinin siyahısı genişləndirilir. Belə ki, siyasi partiyalar kənar dövlət maliyyə nəzarətinin obyektləri sırasına daxil edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı