Rusiyanın “RT” kanalının baş redaktoru Marqarita Simonyan ABŞ Prezidenti Co Baydenin bugünkü açıqlamasını öz “Teleqram-kanal”ında sərt tənqid edib.
Hokm.az xəbər verir ki, erməni jurnalist ABŞ-ın yüz ildir bu “soyqırımı” tanımadığını bildirib.
O, Baydenin bugünkü açıqlamasının səbəbinin geosiyasi vəziyyət olduğunu vurğulayıb:
“Əslində ABŞ-ın ermənilərə münasibəti yoxdur – nə yaxşı, nə də pis. Ermənilər ABŞ üçün sadəcə bir silahdır. Hansı ki, yüz ildir bir anbarda saxlanılırdı”. moderator.az