Şimali Koreya ABŞ prezidenti Co Bayden hakimiyyətini onlara qarşı düşməncəsinə siyasət izləməkdə ittiham edib.
Hokm.az “Ölkə.az”a istinadla xəbər verir ki, bununla bağlı Şimali Koreya xarici işlərnazirliyinin ABŞ işlərindən məsul idarə sədri Kvon Yonq Qun danışıb. O, Baydenin Pxenyanın nüvə proqramını ciddi təhdid adlandırmaqla böyük səhvə yol verdiyini söyləyib.
Kvon Yonq Qun gələcəkdə ABŞ-ın nəzarət edilə bilməyəcək daha çətin böhranlqa qarşı-qarşıya qala biləcəyini ifadə edib.
Xatırladaq ki, bundan əvvəl Co Bayden Şimali Koreyanın nüvə proqramının qlobal təhlükəsizlik üçün ciddi bir təhdid olduğunu söyləmişdi.