Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar onlayn tədbirdə jurnalistlərin suallarını cavablandırıb. Ersin Tatarın anti-imperialist çıxışı dünyanın dörd yanından media nümayəndələrinin qatıldığı onlayn tədbirdə diqqət çəkib. Ersin Tatar ŞKTR-I tək bir federasiya planına qarşı müdafiə edəcəklərini vurğulayıb.
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar İsveçrənin Cenevrə şəhərində keçiriləcək 5 + BMT-nin qeyri-rəsmi toplantısı öncəsi onlayn tədbirdə jurnalistlərin suallarını cavablandırıb. United World International (Uwidata) beynəlxalq təhlil saytı tərəfindən təşkil olunan tədbirə dünyanın hər yerindən jurnalistlər qatıldı. Azərbaycan, İran, Rusiya, Yunanistan, Misir, Türkiyə, İtaliya, İspaniya, Mali, Venesuela, Çin və Türkiyədən gələn iştirakçılar ilə birlikdə üç seansdan ibarət konfrans reallaşıb. Tədbirdə ŞKTR Prezidenti Ersin Tatar iyirmi dəqiqəlik təqdimatından sonra jurnalistlərin suallarını cavablandırıb.
Ersin Tatar ŞKTR haqqındakı təqdimatında Türkiyə ilə birlikdə mübarizə apardıqlarını bildirdi. Ersin Tatar Cənubi Kipr Rum Rəhbərliyinin Kipr adasını Yunanistana birləşdirmək məqsədli Megali planının hələ də davam etdiyini söyləyib. Ersin Tatar Rum Rəhbərliyinin məqsədinin Kipri vahid bir federasiya halına gətirmək və Yunanıstanla Avropaya birləşdirmək olduğunu ifadə edərək, bu planın Türkləri adadan qovmağı hədəf aldığını vurğulayıb. Tək bir federasiya ilə əlaqəli Kiprin heç vaxt bir həll olunmayacağını vurğulayan Ersin Tatar Kipr Rum Rəhbərliyinin və Yunanıstanın özlərini adanın tək sahibi kimi gördüklərini söylədi.