Donetskdə Ukrayna ordusu ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında toqquşma baş verib.
Hokm.az bu barədə “Ria Novosti”yə istinadla xəbər verir.
Məlumata görə, Donetskdə vəziyyət son dərəcə gərginləşib və döyüşlər gedir. Agentlik qeyd edib ki, Rusiyanın xüsusi təyinatlıları olan “Spetsnaz” da bölgədə hərəkətə keçib.
Hər iki tərəf atəşkəsi pozmaqda bir-birini ittiham edir.
Bölgədəki əməliyyat məsuliyyəti “Vostok” (Qərb) bölgəsində yüzlərlə mərminin düşdüyü və bir separatçının öldüyü qeyd olunub.
Rəsmi Kiyev separatçıları və muzdluları Kalinovo qəsəbəsindəki mövqeləri silahlandırmağa çalışmaqda ittiham edib.Redaktor.az