Dünən gecə baş verən zəlzələ Azərbaycanın sərhəd rayonları olan Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Gəncə və digər ərazilərdə hiss olunub. Ən yaxın məsafədə isə Qazax rayonu olub.
Bu sözləri Axar.az-a açıqlamısında AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Ermənistanda və Gürcüstanda baş verən zəlzələlər haqda danışarkən deyib.
O bildirib ki, belə güclü və 10 km dərinliyində olan zəlzələnin yaxın ərazilərdə hiss olunması qaçılmazdır:
“Zəlzələnin episentri Qazax rayonuna 103 km uzaqlıqda, Gürcüstanla Ermənistan sərhədində baş verib. Zəlzələ ölkəmizdə 3-4 bal gücündə hiss olunub. Qorxulu heç nə yoxdur. Dalğanın təsiri ətraf rayonlara yayılsa da, bu, bizim ölkə üçün fəsad törədəcək qədər güclü olmayıb”.