“Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib?..”
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla heç bir əlaqəsi yoxdur:
“Baş verənlərdən xəbərim yoxdur. Nə də mən həmin videogörüntüləri görmüşəm. Bunu ailəsi bilər. Amma qəbir daşı nə olan şeydir ki, ona ailəsinin gücü çatmasın, böyük pul da tələb etmir. Çox güman ki, yay vaxtıdır və ailəsi Bakıda yoxdur, ya da sifariş edilib, müəyyən səbəblərdən gecikir. 40 olmasın 50 günlüyü olsun, nə fərqi, əsas odur ki, qoyulacaq. Onlara Səməd Səmədov ölən günü getmişdim”.
Qeyd edək ki, mərhum sənətkar Xalq artisti Səməd Səmədovun ölümündən 40 gün ötür. Amma buna baxmayaraq, onun məzar daşı qoyulmayıb. Sənətçinin məzar daşının qoyulmaması ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar irəli sürülüb. Hətta bəziləri Səməd Səmədovun ailəsinin maddi imkanının olmadığını deyib.