2021-ci ildə tibb işçilərinin işə qəbulu və sertifikasiyası tədbirlərinin aparılması ilə əlaqədar ötən il Səhiyyə Nazirliyi tərəfindən 32 saxta diplom aşkar edilib, bu barədə nazirlikdən bildirilib.
29 diplomun saxtalaşdırılması şübhə doğurduğundan toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
“3 diplomla bağlı araşdırma davam etdiyindən hazırda icraatdadır. Araşdırma tamamlandıqdan sonra qeyd olunan sənədlərin aidiyyəti orqana göndərilməsi təmin olunacaq”, – deyə bildirilib. apa.az