Bir müddət əvvəl vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
31 yanvaradək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib.
Hokm.az-ın məlumatına görə, səhiyyə naziri Teymur Musayev bildirib ki, indiyə qədər 40 plastik cərrahın sənədi komissiya tərəfindən təftiş edilib.
O qeyd edib ki,Təftiş Komissiyasının indiyə qədər 5 iclası keçirilib və komissiyaya 96 plastik cərrah sənəd təqdim edib:
“Onlar komissiya dəvət olunub, tam şəffaf araşdırma aparılıb. Təftişlər başa çatandan sonra Səhiyyə Nazirliyinin saytında Azərbaycanda plastik cərrahiyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin rəsmi siyahısı təqdim olunacaq”.