Azərbaycanlı şəhid övladları Türkiyənin İstanbul və Çanaqqala şəhərlərində təşkil edilən Zəfər Bayramında iştirak ediblər. TÜİB (Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi) və “YAŞAT” Fondunun təşkilatçılığı, Türkiyə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan “Ayyıldız gənclik düşərgəsi”nin son günündə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın ovladları əsgərlərin ardınca kortejə də qatılıblar.
TÜİB-dən verilən məşlumata görə, təntənəli yürüşə qatılan azərbaycanlı gənclər sürəkli alıqşlar və böyük coşqu ilə qarşılanıb. Mərasimin ardınca Çanaqqala şəhərinin valisi İlhami Aktaş vətənimizin azadlığı urğunda şəhid olan qəhrəmanlarımızın övladları ilə tanış olub. 15 şəhid övladını şəxsən dinləyən Aktaş onlarla xatirə şəkili çəkdirib.
TÜİB-dən bildirilib ki, qurum davamlı olaraq şəhid ailələrinin Türkiyəyə səfərlərini təşkil edir və bu mütərəqqi missiya bundan sonra da davam edəcək.