Şəhid generala İntiqam Yaşardan şeirbackend

Şəhid generala İntiqam Yaşardan şeir

İntiqam Yaşarın “Paşam” şeirini təqdim edir:

(General Polad Həşimova həsr olunur)

Tanrı onu millətin ruhuna nur yaratdı,
Simasında vicdanın, haqqın özü var idi.
Ölümüylə qığılcım düşdü zülmət yollara,
Əsgər gedən bu yolda onun izi var idi.

Paşam deyib alışdı bağrı uca millətin,
Qarabağ hayqırtısı qarışdı bu nidaya.
Paşa dönüb and oldu oğulların dilində,
Üçrəngli bayraq ilə ucaldı göy səmaya.

Dünən paşam kim idi, bu gün paşam kim olub,
Hər bir evin doğması, hər ünvanın əzizi.
Adı gələndə hamı təzim duruşundadı,
Tovuzda vətən olub Şuşada tapdı bizi.

Bir ölər min doğular bu ölkədə oğullar,
O bu yurdun torpağı, daşı kimi yaşayar.
Səngərdə silah tutan əsgərinin köksündə,
Kişi kimi hayqırar, kişi kimi yaşayar.

İntiqam Yaşar
Hər bir evin doğması, hər ünvanın əzizi - Şeir



  •  (2)
  •  (0)