Rusiya və ABŞ səfirlərin tezliklə təyin edilməsi barədə razılığa gəlib.
Hokm.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, RF və ABŞ iki ölkənin diplomatik missiyalarının fəaliyyəti ilə bağlı məsələləri birdəfəlik həll etmək barədə demək olar ki, razılığa gəlib.
Xatırladaq ki, bu gün ABŞ-nin Dövlət katibi Marko Rubio Ər-Riyadda aparılan danışıqların sonunda bildirib ki, təmasları davam etdirmək üçün diplomatik nümayəndəliklərin aktiv fəaliyyətinə ehtiyac olacaq. Tərəflər Moskva və Vaşinqtondakı səfirliklərin ştatını bərpa etmək barədə razılığa gəliblər.