Bu yaxınlarda “Youtube”da yayımladığı videolarda iddiaları ilə Türkiyənin gündəmində olan kriminal avtoritet Sedat Pekerin Dubayda qaldığı hotel yeri məlum olub.
Hokm.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Pekerin qaldığı məkanı üzə çıxaran detal isə çəkiliş zamanı görüntülərdə olan bambuk ağacları olub.
Dubaydakı 4 ulduzlu həmin hotelin bir gecəlik qiymətinin yerli valyuta ilə 186 manatdan 234 manata qədər olduğu öyrənilib.
“Roda Beach Resort” adlı villa tipli evləri olan bir hoteldə qaldığı deyilən Pekerin ünvanını dəyişdirib-dəyişdirmədiyi məlum deyil.
Bunadan əlavə, Sedat Pekerin “Youtube” hesabında yayımladığı videoların kim tərəfindən çəkildiyi də məlum olub. Türkiyə mətbuatı yazır ki, Sedat Pekerin yayımladığı videoda masadan düşən üzüyü götürüb yenidən masaya qoyan şəxsin onun böyük oğlu Celalhan Peker olduğu öyrənilib.
Xatırladaq ki, 48 yaşlı iş adamı Sakaryada anadan olsa da, uzun müddət Almaniyada yaşayıb. 2008-ci ildə Özge Yılmazla evlənən Sedat Pekerin 4 övladı (2 oğlu və bir qızı – ölkə.az) var.