Seçkidə 16 mindən çox namizəd mübarizə aparacaqbackend

Seçkidə 16 mindən çox namizəd mübarizə aparacaq

Bələdiyyə seçkilərində 16 min 174 nəfərin namizədliyi qeydə alınıb. 

“Hokm.az” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, onlardan 8429 nəfər 23 siyasi partiyanın üzvüdür.

M.Pənahov, həmçinin deyib ki, bələdiyyə seçkilərinə görə 25685 yerli müşahidəçi qeydiyyatdan keçib.

Qeyd edək ki, bu bələdiyyə seçkilərində 685 bələdiyyə üzrə 8 min 71 üzv seçiləcək.

  •  (0)
  •  (0)