Əməkdar artist Sənubər İsgəndərli teatrların bir ilə yaxındır bağlı qalmasından narahatlığını sosial şəbəkədə ifadə edib.
Hokm.az xəbər verir ki, aktrisa işsizlikdən təngə gəldiyini qeyd edib.
“Martda 1 il olacaq ki, ölkəmizdə bütün teatrlar bağlıdır. Pandemiyadır, karantindir deyib, oturduq. Amma heç bir ölkədə teatrların qapısı bu qədər bağlı qalmadı. Hər yerdə mümkün variantlardan istifadə olundu ki, teatr sənəti yaşasın. Biz isə hələ oturmuşuq. Bir də ayılıb görəcəyik ki, nə teatr, nə də sənət var. Şəxsən mənim səbrim artıq tükənib, ömrümüzdən gedir”.