Saytların bloklanması və onlara qarşı cinayət işinin qaldırılması – VİDEOMÜSAHİBƏbackend

Saytların bloklanması və onlara qarşı cinayət işinin qaldırılması – VİDEOMÜSAHİBƏ

İyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi sui-qəsdlə bağlı məlumat yayan bəzi media orqanlarının fəaliyyəti məhdudlaşdırılıb.
Hokm.az xəbər verir ki, bu barədə Baş Prokurorluq rəsmi açıqlama yayıb.
Açıqlamada deyilir ki, bəzi KİV-lərin vəzifəli şəxsləri, ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətəuyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb və prokurorluq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.
Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.
Jurnalistlər Bakı Şəhər Prokurorluğunda şahid qismində dindiriliblər.
Mütəxəssislər isə bunu söz və ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirirlər.
Xatırlatma
2017-ci ildə də anoloji hadisə baş verib Belə ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “Azadlıq” qəzetinin azadlıq.info, “Azadlıq Radiosu”nun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarını və “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı müraciəti qismən təmin edilib və ölkə ərazisində saytlara giriş qadağan edilib.
Nazirliyin müraciətindəki ikinci tələb, yəni bu saytlar sonradan başqa adla fəaliyyət göstərərlərsə, onların da bloklanması tələbi təmin edilməyib.
Azərbaycanda internet media resurslarının bloklanmasının səbəblərini ifadə azadlığı kontekstində media hüququ üzrə ekspert Ələsgər Məmmədli ilə müzakirə etmişik.
  •  (0)
  •  (0)