Martın 25-də İrəvanda Ermənistanın keçmiş prezidentləri və keçmiş və qondarma “dqr”in separatçı liderləri arasında görüş keçirilib.
Hokm.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş prezident Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat yayıb.
Onun sözlərinə görə, görüşdə Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan, Arkadi Qukasyan və Bako Saakyan iştirak edib.
Qeyd edək ki, bu, tərəflər arasında ikinci belə görüşdür. İlk dəfə belə görüş 2020-ci ilin oktyabrında keçirilmişdi.