Sabirabadda azyaşlı bacı-qardaş zəhərlənib.
Bizim.Media xəbər verir ki, rayonun Şıxlar kəndində yaşayan 2018-ci il təvəllüdlü Əhmədzadə Zəhra Emin qızı və onun qardaşı, 2015-ci il təvəllüdlü Elmir bitkilər üçün nəzərdə tutulan kimyəvi maddə içiblər.
Hadisə zamanı sonra Əhmədzadə Zəhra zəhərlənərək ölüb, qardaşı isə Bakı şəhərinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.