Sabirabad şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hokm.az “Report”a istinadən xəbər verir ki, hadisə saat 18:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 43-cü km-də olub.
“90-NN-718” dövlət qeydiyyat nişanlı BMW markalı minik maşını idarəetməni itirərək dirəyə dəyib, daha sonra yol kənarındakı hasara çırpılıb.
Qəza zamanı 3 nəfər dünyasını dəyişib. Fakt araşdırılır.
Hokm.az